AZ

Rusiya HDQ: Bütün köhnəlmiş çoxməqsədli nüvə sualtı qayıqları əvəz olunacaq

Növbəti onillikdə Rusiya Hərbi Dəniz Qüvvələrindəki 945, 949 və 971 layihəli bütün üçüncü nəsil çoxməqsədli nüvə sualtı qayıqları 885/885M layihəsi (kod adı “Yasen”/”Yasen-M”) ilə əvəz olunacaq.

Herbiand.az xəbər verir ki, bunu Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Aleksandr Moiseyev “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, “Yasen” axtarış, zərbə və müdafiə kimi üstün döyüş qabiliyyətlərinə malikdir: “Onların döyüş komplektasiyasına Hərbi Dəniz Qüvvələrinin bütün müasir raket silahları - “Kalibr”, “Oniks”, “Tsirkon” və dəniz sualtı silahları daxildir. “Yasen” demək olar ki, istənilən okean ərazisində davamlı gizli əməliyyatlar apara bilir və əlbəttə ki, istənilən düşmənin dəniz qruplarına və quru hədəflərinə təhdidlər yarada bilər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
64
herbiand.az

1Mənbələr