Alimlər pişiklərdə xərçəngin genetikasını ilk dəfə geniş miqyasda araşdıraraq insan xərçəngləri ilə əhəmiyyətli oxşarlıqlar müəyyən ediblər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat nəticələrinə görə, bəzi əsas genetik mutasiyalar, o cümlədən süd vəzi xərçəngi ilə əlaqəli dəyişikliklər - həm pişiklərdə, həm də insanlarda müşahidə olunub.
Araşdırma göstərir ki, insanlarda istifadə olunan bəzi xərçəng dərmanları pişiklərdə də effektiv ola bilər.
Tədqiqat çərçivəsində beş ölkədən olan təxminən 500 ev pişiyinin nümunələri analiz edilib.
Alimlər pişiklərdə xərçəngin yaranmasına səbəb olan əsas genetik dəyişiklikləri müəyyən edib və bu dəyişikliklərin bir çoxunun insan xərçəngləri ilə sıx əlaqəli olduğunu vurğulayıblar.
Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr gələcəkdə həm insanlar, həm də heyvanlar üçün daha effektiv müalicə üsullarının hazırlanmasına şərait yarada bilər.