AZ

Daha iki nəfər narkotikə görə həbs edilib

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Rövşən Mustafayev və 31 yaşlı Mahir Namazov saxlanılıb.

Reyting.az DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadla bildirir ki, həmin şəxslərdən 3 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri Bakı şəhərinə aparmaq və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, R. Mustafayev və M. Namazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
14
reyting.az

10Mənbələr