AZ

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müğənni Fədayə Laçın 35 il sonra Laçına gedib.

Axşam.az xəbər verir ki, sənətçi həmin görüntüləri "Öz aramızda" proqramında nümayiş etdirib. F.Laçın gedib böyüdüyü evi tapdığını deyib. O, həmin kadrları göz yaşı ilə lentə alıb. 

"Elə qarışıq hisslər yaşadım ki... Bilmirəm onu necə ifadə edim. Gedib görürsən ki, doğulub böyüdüyün evi dağıdıb, yandırıblar. Həm ağladım, həm sevindim. Sevincim, kədərim, Laçınım mənim. Orada oteldə qaldıq. Yatmışam, inanmıram ki, Laçında oteldəyəm. Deyirəm, yuxudursa, oyanmayım. Sonsuz şükür edirəm. Heç ağlıma da gəlməzdi ki, torpaqlar geri qayıdacaq.

Nənəmin məzarı orada qalmışdı. Sonradan düzəltdiriblər. Gedib ziyarət etdim".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
1
axsam.az

2Mənbələr