AZ

Selcan Mahsudova: "Növbəti Avropa çempionatında medal qazanmaq istəyirik"

Azərbaycanın batut gimnastı Selcan Mahsudova bu il keçiriləcək Avropa çempionatında medal qazanmağı hədəfləyir.

İdmançı bu barədə "Report"a açıqlamasında bildirib.

O, Niderlandın Alkmaar şəhərində keçirilən turnirlərdə əldə etdikləri nailiyyətlər barədə danışıb:

"Dünya Kubokunda qardaşım Maqsud Mahsudovla qarışıq sinxronda gümüş medala sahib çıxdıq. "Dutch Trampoline Open" yarışında fərdi proqramda qızıl mükafat qazandım. Komanda hesabında da ikinci yeri tutduq. Yarış bizim üçün çox uğurlu keçdi. Buradakı göstəricim mənim şəxsi rekordum idi. Növbəti Avropa çempionatında medal qazanmaq istəyirik".

Selcan Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka layiq görülməsinə də toxunub:

"Ən çətin proqram məndə oldu. Əslində, bunu planlaşdırmamışdım. Sadəcə, yarış vaxtı proqramın gedişatı ərzində bunu bacaracağımı hiss etdim. Bununla da üç dəfə üçlü salto oldu və ən çətini mənim etdiklərim seçildi".

Xatırladaq ki, Azərbaycanın digər təmsilçiləri də Niderlandda keçirilmiş turnirlərdə medallar qazanıblar.

Seçilən
72
2
far.az

3Mənbələr