AZ

Qubadakı “bostanın” məhv etdiyi futbolçular...

“İmişli” cari mövsümün 4-cü turundan etibarənev oyunlarını Qubada keçirir. Bu meydançada oyun keçirən bütün komandaların baş məşqçiləri gileylənib – kimi daha sərt, kimi də bir qədər yumşaq şəkildə.

Qubada üç futbolçu ağır zədə alıb. İkisi, demək olar ki, mövsümü bitirib, biri də “futbol ili”nin böyük hissəsini boşa verdi, bir aydı oynayır. Söhbət David Volkovdan gedir. Gürcüstanlı hücumçu “Zirə”nin əsas “qol silahıdı”. Onun yoxluğunda “qartallar” xeyli xal itirib.

“Zirə” bu qazonda daha bir qurban verib. İssa Cibrila da da komandanın əsas futbolçularından biridi. Müdafiənin sol cinahında və hücumnda oyuna əvəzedilməz qatqı verib. O oyundan bəri Cibrila zədəlidi. Cəmi bir dəfə “Neftçi” ilə kubok oyununda meydana çıxıb. Amma hazır deyil. “Zirə” üçün ağır itkidi.

Növbəti zədəli 2024-cü ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilən, ötən il “Futbol+”in ümummilli sorğusunda ikinci olan Bəhlul Mustafazadədi. Bəhlul konkret o oyundan sonra sıradan çıxmadı, amma yığmanın baş məşqçisi Ayxan Abbasovun dediyinə görə, zədənin əsası orda qoyulub, bu üzdən müdafiəçi “Nyukasl”la oyunda sıradan çıxıb. Beləliklə, mövsüm onun üçün bitib.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
89
1
football-plus.az

2Mənbələr