AZ

Xankəndidə bayram yarmarkası fəaliyyətə başlayıb 

Martın 19-da Xankəndi şəhərində Novruz bayramı münasibətilə bayram yarmarkası fəaliyyətə başlayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka şəhərin Zəfər meydanında təşkil edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarmarkada yerli sahibkarlar tərəfindən müxtəlif növ məhsulların satışı həyata keçirilir. Yarmarkaya sakinlər tərəfindən böyük maraq müşahidə olunur. Bu gündən fəaliyyətə başlayan yarmarka martın 24-dək davam edəcək. Tədbir çərçivəsində uşaqlar və gənclər üçün əyləncəli proqramlar da nəzərdə tutulub ki, bu da bayram ovqatını daha da artırır.

Qeyd edək ki, martın 20-də Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə geniş konsert proqramı və atəşfəşanlıq da təşkil ediləcək.

Seçilən
94
11
azerbaijan-news.az

10Mənbələr