sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona"ya (2-7) qarşı oyununda zədələnib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
"Nyukasl"ın baş məşqçisi Eddi Hou Tonalinin qasıq və omba nahiyəsində problem yaşadığını bildirib.
Tonali, 2014-cü ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazanmağa çalışan İtaliya millisinin əsas oyunçusu hesab olunur. Martın 26-da italyanlar Berqamoda Şimali İrlandiyanı qəbul edəcəklər. Bu görüşdən qalib ayrılsalar beş gün sonra, Uels - Bosniya və Herseqovina oyununun qalibi ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Tonali cari mövsümdə "Nyukasl"ın heyətində meydana çıxdığı 47 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.