Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerard ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan “Liverpul” – “Qalatasaray” (4:0) matçından danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, Türkiyə təmsilçisini biabırçı komanda adlandırıb:
“İnsanlar dinamik oyun izləməyə gəlmişdi, amma onlar sadəcə yerdə sürünürdülər. Bu gün ilk dəqiqədən son dəqiqəyə qədər biabırçı idilər. Ümumi çıxış zəif, hətta acınacaqlı idi və oyunçuların davamlı şəkildə özlərini yerə atması bunu daha da pisləşdirirdi.
Rəqibin heyətində heç bir müdaxilə olmadan yerdə uzanan futbolçular var idi. Bunun da cəzasını çədilər. Onlar ilk hissənin sonunda bəlkə də cəmi beş dəqiqə futbol oynadılar və buna görə 2 qol buraxdılar. Oyunun sonunda isə ümumilikdə təxminən 11 dəqiqə real futbol oynaya bildilər”.
Hesab 11:0 və ya 12:0 da ola bilərdi. “Liverpul” çox rahat qələbə qazandı”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.