Fransanın kiçik Arsi-syur-Ob şəhərində bələdiyyə seçkilərinin birinci turunun nəticələri namizədlərin soyadlarının qeyri-adi üst-üstə düşməsi səbəbindən sosial mediada gərgin reaksiyaya səbəb olub.
Herbiand.az bildirir ki, bu barədə BFM nəşri yazıb.
Hazırkı mer Şarl Hittler və onun rəqibi Antuan Reno-Zelenski ikinci tura keçiblər. Onların soyadlarının Adolf Hitler və Ukrayna prezidenti Vladimir Zelenskiyə fonetik oxşarlığı diqqəti cəlb edib.
Fransa mediası vəziyyətin həm təəccüb, həm də istehza doğurduğunu qeyd edib. Namizədlərin özləri belə bir ajiotaj gözləmədiklərini etiraf ediblər.
Bəxtiyar CƏFƏRLİ