Yazını böyüt
Yazını kiçilt
Tailand parlamenti Anutin Çanvirakunu ölkənin 33-cü baş naziri vəzifəsinə seçib.
Hafta.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Sofon Saram məlumat verib.
Məlumata görə, hökumətin yeni rəhbərinin səlahiyyət müddəti 2026-cı ildən 2030-cu ilədək davam edəcək.
Çanvirakunun namizədliyini 293 parlament üzvü dəstəkləyib. Onun əsas rəqibi Nattafonq Ruanqpanyavut isə 119 səs toplayıb. Yerdə qalan 86 deputat bitərəf qalmağa üstünlük verib./News.ru