AZ

Laporta postunu qorudu

Xuan Laporta sevinc içindədi. O, “Barselona”dakı vəzifəsini qoruyub.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun prezidenti postu uğrunda Laporta ilə Viktor Font mübarizə aparıblar. Sonuncu prezident səslərin 68,18 faizini toplamaqla rəqibini böyük fərqlə qabaqlayaraq yenidən klubun rəhbəri seçilib. 29,78 faiz səs yığan Fonta üstün gələn Laporta daha 5 il kluba rəhbərlik edəcək. 

Qeyd edək ki, o, 2003-10 və 2021-26-cı illərdə də “Barselona”da ən yüksək vəzifəni tutub.

Prezident seçkisinin nəticəsi baş məşqçi Hans-Diter Flikin aqibətini müəyyən edib. Alman mütəxəssis klubla müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadacaq.

Seçilən
62
1
football-plus.az

2Mənbələr