AZ

Rektorlar tələbələrlə Novruz bayramını belə QEYD ETDİ - FOTOLAR

Novruz günlərində universitetlərdə adi dərs mühiti bir qədər dəyişib, həyətlərdə və zallarda bayram ab-havası hiss olunur. Bu dəfə rektorlar da tədbirlərə kənardan baxan tərəf kimi yox, tələbələrin yanında iştirak ediblər. Onlar tələbələrlə birlikdə tonqal ətrafında toplaşıb, bayram süfrəsində söhbət edərək səmimi mühit yaradıblar. 

AzEdu.az həmin görüntüləri təqdim edir. 

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov

Mingəçevir Dövlət Universitetində “Novruz Ənənəsi: Baharın Yaşıl Nəfəsi” adlı ədəbi-bədii tədbir keçirdik.

Tədbirimizdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun və şəhid ailələrinin üzvləri, universitetin akademik və inzibati heyəti, tələbə və magistrantlar iştirak etdilər.

179896

179897

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov:

"Möhtəşəm Novruz Festivalı keçirdik!"

179898

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov

Martın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilən bayram tədbiri keçirilib.

Şənlik çərçivəsində tələbələrin hazırladıqları Novruz xonçaları, eləcə də milli adət-ənənələrimizi əks etdirən müxtəlif bayram şirniyyatları nümayiş etdirilib.

179899

179900

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev

179902179903

Digər rektorlardan fərqli olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Novruz bayramını tələbələri ilə bir yerdə Ahıllar Evini ziyarət edərək qeyd edib. 

Rektorun ahıllarla səmimi və xoş ünsiyyəti diqqət cəlb edib. 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov:

"Hər il olduğu kimi, bu il də Novruz Bayramı öncəsi UNEC tələbələri ilə birlikdə Ahıllar Evini ziyarət etdik. Ahılları təbrik etdik, ən xoş arzularımızı çatdırdıq.

Ahıllar Evinə getdik ki, ahılları sevindirək və sevinək. Getdik ki, ahıllara dua edək və dualarını alaq. Getdik ki, unudulmadıqlarını bir daha çatdıraq. Hikmət öyrənmək üçün getdik. UNEC tələbələrinə, gənc nəslə örnək olmaq üçün getdik. Həm də düşünmək üçün getdik - həyat haqqında, insan haqqında və insanlıq haqqında...

Bir daha Ahıllar Evinin hər bir sakinini təbrik edirəm. Allah böyükləri qorusun.

Ahıllara diqqət və qayğılarını, nəvaziş və nəzakətini gördükcə bir daha UNEC tələbələrilə qürur duydum.

Sağ olun, əziz tələbələr, həmişə belə olun!".

179895

179894179893

Seçilən
45
azedu.az

1Mənbələr