Amerikanın Top Aces şirkəti Argentina Hərbi Hava Qüvvələri üçün F-16 qırıcı pilotlarının hazırlanması ilə bağlı çoxillik müqavilə aldığını açıqlayıb.
Herbiand.az bildirir ki, müqavilənin dəyəri 33,2 milyon dollardır.
Argentinalı pilotlara sürətli və təhlükəsiz təlim keçiriləcək. Təlim Argentinada və onlara məxsus F-16 təyyarələrində olacaq. Müqavilənin müddəti 2 ildir və sonradan 1 il artırmaq imkanı da mövcuddur.
Məlumata görə, Argentina 16 ədəd tək nəfərlik və 8 ədəd iki nəfərlik F-16 alacaq. Bu o deməkdir ki, təlim keçmiş pilotların minimum sayı 32 olmalıdır.
Bəxtiyar CƏFƏRLİ