AZ

Filip Paviç Bavariya nın tarixində bunu edən ilk futbolçu oldu

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

On altı yaşlı müdafiəçi Filip Paviç "Bavariya"nın heyətində Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atalanta"ya qarşı oyununda (4-1) debüt edib. Sport24.az AP-yə istinadən xəbər verir ki, bununla da o, Münhen klubunun heyətində Çempionlar Liqasında tarixində ən gənc, turnirin ümumi tarixində isə üçüncü ən gənc oyunçu olub.

Paviç 72-ci dəqiqədə, hesab 4-0 olanda əvəzeetmədən meydana daxil olub.

16 yaş 58 günlük olan Paviç bu göstəricidə yalnız "Arsenal"ın oyunçusu Maks Doumen (15 yaş) və  2020-ci ildə Dortmund "Borussiya"sında debüt edən Yussufa Moukokodan (16 yaş 18 günlük) geri qalır. Paviç "Barselona"nın oyunçusu Lamin Yamalı keçərək onu Çempionlar Liqasının ən gənc iştirakçıları siyahısında dördüncü yerə salıb.

Qeyd edək ki, Paviç turnirdə oynayan 2010-cu il təvəllüdlü ilk oyunçu olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
sport24.az

1Mənbələr