AZ

Trampa görə “Honda ” 3 modeli istehsala buraxmadı

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avtomobil sənayesi çətin dövrünü keçirir. 

Avtosfer.az xəbər verir ki, bu çətinliklərdə bütün böyük istehsalçılar nəsibini alır. “Honda” şirkəti layihələndirməınin son mərhələsində olan 3 elektromobilin üzərində işi dayandırıb. Sözügedən modellər ilin sonunadək ABŞ-də istehsala buraxılmalı idi.

Yaponiyalı istehsalçı bu qərarını biznes mühitinin pisləşməsi ilə izah edir. Yeni şəraitdə elektromobil istehsalı rentabelli olmayacaq. Sırf Amerika bazarı üçün nəzərdə tutulmuş modellərə alıcı tapılmaması riski var. Səbəb isə Donald Trampın yürütdüyü siyasətdir. Güzəştlərin ləğvi nəticəsinbdə elektromobil satışı kəskin azalıb, xarici detallarla yığılan maşınların gömrük rüsumu məsələsi isə hələ tam həllini tapmayıb.

Sözügedən modellərin layihələndirilməsinə 2 ildə 15 milyard dollar sərmayə qoyulmuşdu.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
avtosfer.az

1Mənbələr