AZ

İranda daha 3 nəfər edam edildi

İran hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürməkdə ittiham olunan yanvar etirazlarının üç iştirakçısı edam edilib.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, təqsirləndirilən şəxslər 7 yanvarda Qum əyalətində hökumət əleyhinə etirazlar zamanı iki polis məmurunun ölümündə iştirak etdiklərini etiraf ediblər. Onlar həmçinin İsrail və ABŞ-ın maraqlarına uyğun hərəkət etməkdə ittiham olunublar, lakin bu ittihamların təfərrüatları açıqlanmayıb.

Ölkədə kütləvi etirazlar 29 dekabr 2025-ci ildə, milli valyutanın kəskin zəifləməsi fonunda başlayıb və tezliklə bir çox böyük şəhərlərə yayılıb. Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı təxminən 40 təhlükəsizlik qüvvəsi əməkdaşı öldürülüb.

Seçilən
69
publika.az

1Mənbələr