AZ

ABŞ-nin Bağdad aeroportu yaxınlığındakı logistika bazası dron hücumuna məruz qalıb

ABŞ-nin Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən bazası pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalına mənbə bildirib.

Hazırda mümkün itkilər və ya dağıntıların miqyası barədə məlumat yoxdur. Baza İraqın paytaxtındakı ABŞ qüvvələrinin mühüm təchizat qovşağı hesab olunur.

Eyni zamanda, İraq Xalq Səfərbərlik Qüvvələri (Hashd al-Shaabi) bildirib ki, onların bölmələri silsilə aviazərbələrə məruz qalıb.

Seçilən
46
far.az

1Mənbələr