Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 930 manat təşkil edib.
"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 740 manat, özəl sektorda isə 2 050 manat olub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 4,1 %, o cümlədən dövlət sektorunda 13,4 % artıb, özəl sektorda isə 2,1 % azalıb.
2026-cı il fevral ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 33,3 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 1,2 % azdır.