AZ

“Mən Trampın tərəfdarıyam” Lukaşenko

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin xüsusi nümayəndəsi Con Koulun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Yaxın Şərqdəki müharibəni və qlobal problemləri müzakirə etməyi təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BELTA nəşri məlumat yayıb.  

“Sizdən ciddi şəkildə xahiş edərdim ki, təkcə Ukraynanın problemlərini deyil, həm də qlobal problemləri müzakirə edək. Düşünürəm ki, qlobal problemlər, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə mənim mövqeyim sizin üçün vacib olacaq, çünki siz bizim dostlarımıza qarşı müharibə aparırsınız. Mən bu mövzuda açıq danışmağa hazıram”.

Con Koul Lukaşenkodan söhbətin İranla müharibədən gedib-getmədiyini soruşub.

“Bəli, çox istərdim ki, mənim mövqeyimi Donald Trampa çatdırasınız. Mən, Birləşmiş Ştatların müəyyən səhvlərinə baxmayaraq, əvvəlki kimi prezidentinizin tərəfdarıyam”, - dövlət başçısı deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
qafqazinfo.az

2Mənbələr