AZ

Şuşa məktəbində Novruz bayramı qeyd olunub - FOTO

Şuşa şəhər 1 nömrəli tam orta məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib.

AzEdu.az  xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllim və şagirdlər, sakinlər və valideynlər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi yad olunub.
Məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək Novruzun azad edilmiş torpaqlarda qeyd olunmasının xüsusi əhəmiyyətini vurğulayıb.
Tədbir şagirdlərin ifasında rəngarəng bədii proqramla davam edib.

Qeyd edək ki, Şuşada bayram münasibətilə digər tədbirlər, o cümlədən yarmarka və konsert proqramı da keçiriləcək.

(APA)

Seçilən
33
1
azedu.az

2Mənbələr