İtaliya A Seriyası klubu "Kremoneze" yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, çərşənbə günü Davide Nikolanın baş məşqçi vəzifəsindən getdiyini açıqlayan A Seriyası təmsilçisi 58 yaşlı Marko Campaolo ilə anlaşıb.
Təcrübəli məşqçinin müqaviləsinin müddəti açıqlanmayıb.
Campaolo artıq "Kremoneze"ni 2014-2015-ci illərdə, komanda C Seriyasında oynayarkən çalışdırıb. O, ötən yay "Leççe"dən ayrıldıqdan sonra klubsuz idi.
"Kremoneze" A Seriyasının turnir cədvəlində 18-ci yerdədir. 21 mart şənbə günü komanda səfərdə "Parma" ilə qarşılaşacaq.