AZ

Laricaninin postu İranın sabiq müdafiə nazirinə verildi

İranda təhlükəsizlik blokunda ciddi kadr dəyişiklikləri baş verib. Məlumata görə, Hüseyn Dehqan ölkənin Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub. O, bu vəzifədə Əli Laricanini əvəz edib.

Bildirilir ki, Dehqan daha əvvəl müdafiə naziri kimi fəaliyyət göstərib və həmçinin İranın ali rəhbərinin müdafiə sənayesi üzrə müşaviri olub.

Eyni zamanda, Mustafa Purməhəmmədi ölkənin yeni kəşfiyyat naziri təyin edilib. O, bu postda Seyid İsmayıl Xatibi əvəzləyib.

Purməhəmmədinin təhlükəsizlik və hüquq-mühafizə sahəsində geniş təcrübəyə malik olduğu vurğulanır. O, müxtəlif illərdə daxili işlər naziri, baş prokuror, ədliyyə naziri və kəşfiyyat strukturlarında yüksək vəzifələrdə çalışıb.

Seçilən
67
aznews.az

1Mənbələr