AZ

10 ayda 93 kq arıqlayan qadının hekayəsi


32 yaşlı amerikalı qadın 195 kiloqram çəkidə idi, lakin bunun həyati təhlükəli olduğunu anladıqdan sonra nəzarəti ələ almaq qərarına gəldi.


Medicina.az xəbər verir ki, cəmi 10 aylıq özünü inkişaf etdirdikdən sonra tamamilə fərqli bir insan kimi görünməyə başlayan Anni Fosterin transformasiya hekayəsi dərc olunub. Anninin sözlərinə görə, həyatı boyu artıq çəkidən əziyyət çəkib. Nəticədə, 30 yaşında Anni 195 kiloqram çəkidə oldu.

Foster çəkisi ilə bağlı dərin narahatlıq keçirdiyini və ictimaiyyət qarşısında bədən quruluşu ilə bağlı özünəinamsızlıq hiss etdiyini etiraf edib. Lakin, onun əhəmiyyətli dərəcədə artıq çəkisi həyat keyfiyyətinə də təsir göstərib: məsələn, o, heç vaxt təyyarə ilə səyahət etməyib və yeddi yaşlı qızı ilə istədiyi qədər vaxt keçirə bilməyib. O, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

Enni dostları ilə çimərlik tətili planlaşdırarkən səfərdən sağ çıxmaq üçün həmin gün qəbul etməli olduğu yüksək dozada dərmandan az qala öləcəkdi. Daha sonra Enni arıqlamaq qərarına gəldi.

O, əvvəlcə pəhrizini tənzimləməklə və evdə idman etməklə başladı, sonra həkimə müraciət etdi və məsləhətləşmədən sonra mədə bypass əməliyyatı etmək qərarına gəldi. Daha sonra sağlam pəhriz saxladı və məşqçi ilə işlədi və10 ay ərzində 93 kiloqram arıqlamağı bacardı.

AygünMusayeva


Seçilən
40
1
medicina.az

2Mənbələr