AZ

“Çelsi” yeni baş məşqçi axtarışında

“Çelsi” klubunun baş məşqçisi Liam Rosinyor vəzifəsini tərk edə bilər.

90deqiqe.Az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, klub rəhbərliyi 41 yaşlı mütəxəssisin əvəzlənməsi üçün bir neçə namizədi nəzərdən keçirir. Qısa siyahıda “Komo”nun çalışdırıcısı Sesk Fabreqas, PSJ-nin baş məşqçisi Luis Enrike və bu yaxınlarda Braziliyanın “Flamenqo” klubundan ayrılan Filip Luis yer alıb.

Qeyd edək ki, Rosinyor cari ilin yanvarında London təmsilçisinin baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsinin müddəti 2032-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

“Çelsi” komandası Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəni dayandırıb, ölkə çempionatında isə altıncı pillədə qərarlaşıb.

Seçilən
1
90deqiqe.az

1Mənbələr