AZ

Paşinyan Qaregini II İlyanın dəfn mərasiminə buraxmadı: Onu tanımıram

Ermənistan bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində ən yüksək səviyyədə iştirak edəcək.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.

“Ermənistan dəfn mərasimində ən yüksək səviyyədə iştirak edəcək. Mən Gürcüstanın Baş nazirinə zəng edib şəxsən başsağlığı vermək niyyətindəyəm... Biz iştirakımızın formatını müzakirə edirik. Başqa formatlar haqqında danışa bilmərəm”, - deyə Paşinyan deyib.

Bütün Ermənilərin Katolikosu II Qareginin (səyahət qadağası altındadır) vida mərasimində iştirakının məqsədəuyğunluğu barədə suala cavab olaraq Baş nazir onu katolikos kimi tanımadığını bir daha vurğulayıb.

Seçilən
39
1
publika.az

2Mənbələr