Rusiyanın “Kalaşnikov” konserni adı açıqlanmayan xarici müştəri üçün ixrac müqaviləsi çərçivəsində “KUB-E” idarə olunan sursatların istehsalını başa çatdırıb.
Herbiand.az bildirir ki, bu barədə konsern Telegram səhifəsində məlumat verib.
“KUB-E”-nin sınaqları 2021-ci ilin noyabr ayında başa çatıb. 2022-ci ildə isə müştərilərə çatdırılması qərara alınıb.
Dron zirehsiz fərdi və yerüstü qrup hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Məlumata görə, pilotsuz təyyarənin uçuş məsafəsi 25 km, uçuş hündürlüyü isə 150-1000 m-dir. O, saatda 80-130 km sürətə çata bilər. Maksimum uçuş çəkisi 8 kq-dan çox deyil.
Bəxtiyar CƏFƏRLİ