AZ

İran: ABŞ İsrail hücumunda zərər görən Cənubi Parsda vəziyyət normallaşır

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın Milli Qaz Şirkəti ABŞ-İsrail hücumunda zədələnmiş Cənubi Pars təbii qaz yatağında vəziyyətin normallaşmağa başladığını və təhlükəsizlik tədbirləri altında hasilatın davam etdiyini bildirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada qeyd olunur ki, təxminən saat 14:00-da ölkənin cənubundakı qaz qurğularına ABŞ-İsrail hücumu baş verib və nəticədə bəzi neft emalı zavodlarına ziyan dəyib.

Açıqlamada itkilərin olmadığı, bütün işçilərin sağlamlıq vəziyyətinin yaxşı olduğu və şirkət işçilərinin tam heyətlə hadisə yerində olduğu, vəziyyəti nəzarət altına aldığı və normal əməliyyatların bərpa olunduğu bildirilib.

Qaz istehsalının bütün zəruri təhlükəsizlik tədbirləri ilə davam etdiyi və ölkənin qaz şəbəkəsinin sabit qaldığı bildirilib.

Bundan əlavə, ölkənin heç bir bölgəsində qaz təchizatı və nəqli ilə bağlı heç bir problem olmadığı və ictimaiyyətin qaz təchizatı və paylanması ilə bağlı narahat olmağa heç bir səbəbinin olmadığı qeyd edilib.

Açıqlamada həmçinin Cənubi Parsdakı yanğının söndürüldüyü, soyutma əməliyyatlarının davam etdiyi və şəraitin tezliklə normal vəziyyətə qayıtması gözlənildiyi bildirilib.

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
mia.az

1Mənbələr