AZ

Monqolustan xalq təbabətinə qayıdır

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Monqolustan dövləti ənənəvi tibbin inkişafı məqsədilə 2026-2030-cu illəri əhatə edən fəaliyyət planını təsdiqləyib. Fəaliyyət planında hökumət tərəfindən təqdim edilmiş layihə çərçivəsində mütəxəssislərin hazırlanması, nadir dərman bitkilərinin qorunması, dərman vasitələrinin istehsalı, həmçinin qeydiyyatı, xidmətlərin maliyyələşdirilməsi, ixracın artırılması və sağlam həyat tərzinin təşviqi nəzərdə tutulur. 

Reyting.az xəbər verir ki, qədim müalicə üsullarını öyrənib, modernləşdirmək, türkəçarədən düzgün istifadə etmək üçün mütəxəssislər dövlət müəssisələrinə cəlb olunacaqlar.

Monqolustan rəhbərliyi hökumətə və yerli orqanlara belə səhiyyə tədbirlərinin icrası üçün büdcədən vəsait ayırmağı tapşırıb.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
reyting.az

1Mənbələr