AZ

Azərbaycanda məşhur saytların sahibi ən varlı gürcü oldu

Bakı. Trend:

“Forbes” nəşri 2026-cı il üçün milyarderlər reytinqiniyeniləyib. Gürcüstan vətəndaşları arasında ən varlı şəxs yenə də“Kaspi.kz”nin təsisçisi və rəhbəri Mixael Lomtadze olaraqqalır.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir

Batumi şəhərində doğulan və 2007-ci ildən etibarən Qazaxıstandayaşayan Lomtadzenin sərvəti nəşr tərəfindən 6 milyard ABŞ dollarısəviyyəsində qiymətləndirilir. “Forbes”ın məlumatına görə, son birildə onun sərvəti təxminən 100 milyon dollar artıb. Bu kapital iləo, dünyanın ən varlı insanları siyahısında 680-ci yeri tutur.

Hakim Gürcü Arzusu partiyasının qurucusu Bidzina İvanişvili isə2,7 milyard dollarlıq sərvətlə 1543-cü pillədə qərarlaşıb.“Forbes”ın məlumatına görə, onun sərvəti son bir ildə dəyişməyib.Daha əvvəl, 2025-ci ilə qədər, nəşr onun sərvətini 4,9 milyarddollar olaraq qiymətləndirirdi, lakin aktivlərin şəffaflığınınazalması səbəbindən hesablamalar yenidən nəzərdən keçirilib.Hazırkı qiymətləndirməyə İvanişvili ailəsinin əmlakı dadaxildir.

İvanişvili ilk dəfə 2024-cü ildə ən varlı gürcü titulunuLomtadzeyə uduzub və o vaxtdan bəri vəziyyət dəyişməyib.

Lomtadzenin əsas kapital mənbəyi Qazaxıstanın fintex holdinqi“Kaspi.kz”dir. O, burada səhmdar, idarə heyətinin sədri vədirektorlar şurasının üzvü vəzifələrini tutur. “Kaspi.kz” rəqəmsalbankı, ödəniş platformasını, mobil maliyyə xidmətləri sistemini,kreditləşmə və depozit məhsullarını, həmçinin elektron ticarət üçünmarketpleysi birləşdirir.

Lomtadzenin aparıcı Azərbaycan elan saytları olan "turbo.az","tap.az", "boss.az" və "bina.az"-ı satın alma tarixi məlum deyil.Lakin saytlara sahib olan "DIGITAL CLASSIFIEDS" MMC 16 avqust2021-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. MMC-ninnizamnamə kapitalı 50.000 manatdır və hüquqi ünvanı Nəsimi rayonu,Rəsul Rza küçəsi, 75-dir. Şirkətin qanuni nümayəndəsi Gürcüstanvətəndaşı Mamuka Krivalidzedir.

Məqalədə:
Seçilən
72
8
az.trend.az

10Mənbələr