AZ

"Prior Leasing"in istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Aprelin 30-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Prior Leasing" ASC-nin 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

Seçilən
156
2
far.az

3Mənbələr