AZ

Merts: Avropa İttifaqı Yaxın Şərqdəki münaqişənin həllinə dəstək verməyə hazırdır

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişənin nizamlanmasına kömək göstərməyə hazırdır, lakin hərbi əməliyyatların dayandırılması əsas şərt olaraq qalır.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammiti başlamazdan əvvəl bildirib.

Onun sözlərinə görə, regiondakı eskalasiya Avropada və dünyada enerji daşıyıcılarının qiymətlərinin artmasının əsas səbəbi olub. "Biz enerjinin qiymətlərinin kəskin artımını görürük və bunun əsas səbəbi Yaxın Şərqdə hadisələrin inkişafıdır", - o vurğulayıb.

Almaniya kansleri qeyd edib ki, Aİ vəziyyətin sabitləşməsində iştirak etməyə hazır olduğuna dair aydın siqnal göndərməlidir, lakin real addımlar yalnız hərbi əməliyyatlar dayandırıldıqdan sonra mümkündür.

Seçilən
42
far.az

1Mənbələr