AZ

AQTİ nin mütəxəssisləri Rusiyada sınaq laboratoriyasının işi ilə tanış olublar

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının mütəxəssislərdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin tabeliyində olan Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin Tver sınaq laboratoriyasında olublar.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi nəzarət olunan məhsulların tədqiqat metodlarının harmonizasiyası, təcrübə mübadiləsi və iki ölkənin laboratoriya xidmətləri arasında peşəkar əlaqələrin gücləndirilməsi olub.

AQTİ nümayəndələri laboratoriyanın aparıcı şöbələrinin fəaliyyəti ilə, həmçinin tədqiqatlar zamanı istifadə olunan müasir analitik avadanlıqlar və tətbiq edilən metodlarla tanış olublar.

Görüş zamanı Rusiyada ət və ət məhsullarının tədqiqində istifadə olunan parazitoloji metodlar müzakirə edilib. AQTİ nümayəndələrinə həmin tədqiqatların aparılması zamanı işin təşkili göstərilib, o cümlədən bu sahədə tətbiq edilən avadanlıq və üsullar, eləcə də, PZR metodu təqdim edilib.

AQTİ nümayəndələri “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirərək, ət məhsullarının parazitoloji nəzarəti sahəsində birgə tədqiqatların aparılması da daxil olmaqla, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
2
azertag.az

3Mənbələr