İran hüquq-mühafizə orqanları İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən daha 97 nəfəri saxlayıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumatda həbs olunanlar “İsrail əsgərləri” adlandırılıb.
Onların üzərindən xeyli sayda silah-sursatın aşkarlandığı qeyd edilib.
Qeyd edək ki, daha əvvəl İranda "düşmənlə əməkdaşlıq etməkdə" şübhəli bilinən ən azı 500 nəfər saxlanılıb.
"Cebheinfo.az"