AZ

Husilər ABŞ və İsrailə qarşı müharibəyə hazır olduqlarını bəyan etdilər

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) hərəkatı ABŞ və İsrailə qarşı hərbi əməliyyatlara qoşulmağa hazır olduqlarını açıqlayıb.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, hərəkatın siyasi büro üzvü Məhəmməd əl-Buxeyti bildirib ki, husilər hələlik döyüşlərdə iştirak etmir, lakin tam döyüş hazırlığındadır. Onun sözlərinə görə, Yəmən İran, Fələstin və Livanı dəstəkləmək qərarı verib və vəziyyəti yaxından izləyir.

Əl-Buxeyti qeyd edib ki, husilər lazım gəldiyi halda münaqişəyə qoşula və müttəfiqlərinin tərəfində hərbi əməliyyatlara başlaya bilər. O, həmçinin region ölkələrini xəbərdar edərək bildirib ki, ABŞ və İsrailə dəstək verilərsə, bu, ciddi nəticələrə səbəb ola bilər.

Qeyd olunub ki, hazırda husilər münaqişədə birbaşa iştirak etməsə də, onların mümkün müdaxiləsi Yaxın Şərqdə gərginliyi daha da artıra bilər.

Seçilən
7
1
far.az

2Mənbələr