AZ

"Yaprak Dökümü"nün aktrisasının filmi Hollivudda yarışacaq

"Yaprak Dökümü" serialının məşhur aktrisası Bennu Yıldırımların rol aldığı film ABŞ-nin "Beverly Hills Film" Festivalında yarışacaq.

BAKU.WS xəbər verir ki, "Ankara 1979" filmi festivalın 26-cı buraxılışında yarışmaq hüququ qazanıb.

Əsas rollardan birində Enes Has da çəkilib.

Rejissoru Can Karayalçın olan qısametrajlı film artıq bu nüfuzlu festivalın proqramına daxil edilib.

Ekran işinin aktyor heyətində Altan Gördüm və Berke Gündem də yer alır.

"Ankara 1979"da Can Karayalçının ailə keçmişindən bəhs edilir.

Filmdə 1970-ci illərin sonlarında Ankarada yaşayan bir universitet tələbəsinin hekayəsi üzərindən dövrün çətin atmosferini və ana ilə oğul arasındakı münasibəti təsvir edilib.

Seçilən
13
1
far.az

2Mənbələr