AZ

Ərdoğandan kritik bayram mesajı: Bu məsələdə çox qətiyyətliyik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan Bayramı münasibətilə video-mesaj yayımlayaraq ölkə vətəndaşlarını təbrik edib.

Publika.az xəbər verir ki, Türkiyə lideri mesajında xarici siyasət, Yaxın Şərqdəki hadisələr və terrorizmlə mübarizə kimi məsələlərə də toxunub.

İsrailin beynəlxalq hüququ pozaraq hücumlarını davam etdirdiyini bildirən Ərdoğan, Fələstin və Livandakı dağıdıcı siyasəti qınayıb.

"İrana qarşı hücumlar və qisas tədbirləri bölgədə gərginliyi artırıb. Hava məkanımızı pozan hərəkətlərə qarşı çox qətiyyətli mövqe tuturuq. Biz ehtiyatlılığımızı itirmirik. Tədbirlər görürük", - deyə o qeyd edib.

Seçilən
112
publika.az

1Mənbələr