AZ

Nərgiz Qurbanova: "Avropa çempionatında rəqiblərdən fiziki baxımdan geri qalırdıq"

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində rəqib komandalardan fiziki baxımdan geri qalıb.

Bunu "Report"a açıqlamasında adıçəkilən yığmanın baş məşqçisi Nərgiz Qurbanova deyib.

O, millinin keçirdiyi oyunlardan danışıb:

"Biz B Liqasının ən çətin qrupuna düşmüşdük. Rəqibləri təhlil etmişdik, xüsusilə Belçikanı qeyd edə bilərəm. Onların heyətində futbol bacarığı yüksək olan kifayət qədər oyunçu var. Onlar uzun illər A Liqasında mübarizə aparıblar. Yalnız sonuncu mövsüm B Liqasında çıxış etdilər. Daha əvvəl də qeyd etdiyim kimi, 2009-cu il təvəllüdlü futbolçularımızdan zədələnənlər oldu. Onların əvəzinə heyətə 2011-ci il təvəllüdlü oyunçular dəvət etdik. Bu futbolçular üçün Avropa çempionatında iştirak ilk təcrübə idi. Buna görə də hər üç oyunda həm təcrübəsizlik, həm də həyəcan hiss olunurdu. Eyni zamanda yaş amilini nəzərə alsaq, rəqib komandaların futbolçularından fiziki baxımdan da geri qalırdıq".

Qeyd edək ki, Azərbaycan millisi B Liqasının 3-cü qrupunda Belçika (0:11), Sloveniya (0:3) və Farer adalarına (1:6) uduzub.

Seçilən
35
far.az

1Mənbələr