AZ

Bu, dövlət qulluğunun daha səmərəli, şəffaf təşkili məqsədini daşıyır Deputat

ain.az, 525.az portalına istinadən məlumat yayır.

"Dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçidi nəzərdə tutan qanunvericilik aktları idarəetmə sisteminin modernləşdirilməsi istiqamətində mühüm və vaxtında atılmış addım kimi qiymətləndirilə bilər. Bu sənədlər təkcə maaşların artırılması deyil, bütövlükdə dövlət qulluğunun daha səmərəli, şəffaf və nəticəyönümlü şəkildə təşkili məqsədi daşıyır".

Bu barədə 525.az-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, əsas məqsədlərdən biri mövcud əməkhaqqı sistemindəki mürəkkəbliyi aradan qaldırmaqdır.

"Əvvəlki modeldə maaşlar müxtəlif əlavələrdən ibarət olduğu üçün həm anlaşılmazlıq yaradır, həm də bəzi hallarda qeyri-bərabərliyə səbəb olurdu. Yeni yanaşma isə vahid və aydın maaş strukturu formalaşdıraraq ədalət prinsipini gücləndirməyə xidmət edir.

Digər mühüm məqsəd dövlət qulluğunun cəlbediciliyini artırmaqdır. Daha rəqabətqabiliyyətli əməkhaqqı sistemi peşəkar və ixtisaslı kadrların dövlət sektoruna cəlb olunmasına şərait yaradır. Bu isə uzunmüddətli perspektivdə idarəetmənin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır".

Onun sözlərinə görə, bu islahatların korrupsiyaya qarşı mübarizə baxımından da əhəmiyyəti böyükdür.

"Maddi təminatın yaxşılaşdırılması dövlət qulluqçularının qeyri-qanuni gəlirlərə meylini azaldır və daha məsuliyyətli fəaliyyət üçün stimul yaradır. Şəffaf və ədalətli maaş sistemi isə ümumilikdə ictimai etimadı gücləndirir.

Ümumilikdə, bu qanunvericilik aktlarını dövlət qulluğunun modernləşdirilməsi, insan resurslarının inkişafı və idarəetmədə keyfiyyətin artırılması istiqamətində kompleks və strateji islahat paketi kimi qiymətləndirmək olar", - deputat deyib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
525.az

1Mənbələr