AZ

Dövlət qulluğunda mükafat sistemi ləğv edildi

Dövlət qulluğunda əməkdaşların mükafatlandırılması sistemi ləğv olunub. Bu addımın məqsədi xərclərin optimallaşdırılması, şəffaflığın təmin edilməsi və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsidir.

 

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli QHT.az-a açıqlamasında  bildirib ki, dövlət qulluğunda mükafat sisteminin ləğvi xərclərin optimallaşdırılması, şəffaflıq və səmərəli istifadənin təmin edilməsi məqsədi daşıyır. O qeyd edib ki, əvvəlki sistemdə mükafatlandırma bəzən subyektiv xarakter daşıyır və bəzi bərabərsizliklər yaranırdı – bəzi əməkdaşlar daha çox, bəziləri isə daha az mükafat alırdı.

Eyyub Kərimli vurğulayıb ki, sistemin ləğvi gələcəkdə əməkdaşların vahid maaş cədvəli üzrə ödənilməsinə gətirib çıxaracaq. Bu, xərclərin planlı və ədalətli istifadəsini təmin etməklə yanaşı, əməkdaşların sosial müdafiəsinə, pensiya yığımlarına və gəlir sabitliyinə müsbət təsir göstərəcək.

O əlavə edib ki, əsas məqsəd işçilərin düzgün qiymətləndirilməsi və əmək funksiyalarının icrasının ədalətli aparılmasıdır. İş bölgüsü tam professional şəkildə həyata keçirilməli, iş yükünün bərabər paylanmasına ciddi nəzarət olunmalıdır ki, eyni maaşa baxmayaraq, fərqli əmək həcmi mənfi təsir yaratmasın.

Bu addım dövlət qulluğunda şəffaflıq və səmərəliliyi artırmaq, xərcləri optimallaşdırmaq və bərabərliyi təmin etmək məqsədi daşıyır.

Zəhra Ağayeva

Seçilən
56
qht.az

1Mənbələr