AZ

Yer kürəsini güclü maqnit qasırğası gözləyir

Yer kürəsinə son ayların ən güclü maqnit qasırğası yaxınlaşır.

Far.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Məlumata görə, qasırğa gecə saatlarına yaxın başlayacaq və yanvar ayının ortalarından bəri ən güclü olacaq. Alimlərin hesablamalarına əsasən, proses 24 martadək, təxminən 6 gün davam edəcək.

Qeyd olunur ki, ən güclü geomaqnit aktivlik 19–21 mart tarixlərində müşahidə olunacaq. Bu dövrdə Günəşdən baş verən iki böyük plazma atılması təsir göstərəcək. Sonrakı günlərdə isə təsirin zəifləyəcəyi bildirilir.

Seçilən
17
far.az

1Mənbələr