AZ

Məşhur modeldə şiş aşkarlandı

Məşhur model Tülin Şahində şiş aşkarlanıb.

Far.Az xəbər verir ki, bu barədə Tülinin özü sosial şəbəkədə bildirib.

İnstaqramda "Bu gün sizinlə çox şəxsi bir prosesi bölüşmək istəyirəm" ifadəsini işlədən Tülin, süd vəzində şübhəli şiş aşkar edildiyini və bu səbəbdən əməliyyat olunacağını bildirib.

O süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə məqsədi daşıyan "Çəhrayı Lent" hərəkatının Türkiyədəki ən önəmli simalarından biridir.

"İllərdir qadınlara erkən diaqnozun həyat qurtardığını izah edirəm. "Çəhrayı Lent" hərəkatının moda dünyasında yayılması üçün çalışan insanlardan biriyəm və bu gün… eyni reallıqla mən də qarşı-qarşıyayam" - deyə Tülin bildirib.

Seçilən
55
1
far.az

2Mənbələr