AZ

DİQQƏT: ABŞ ın İrana qurudan hücumu bu tarixdə reallaşa bilər KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Reuters” nəşri yazıb ki, Tramp administrasiyası İranda quru əməliyyatının genişləndirilməsi variantlarını da müzakirə edir.

Hörmüz boğazını quru qoşunları ilə ələ keçirmək mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib:

“Düşünürəm ki, Tramp bu əməliyyatı həyata keçirməyə məcburdur. İndiki halda hava bombardmanı ilə nəyəsə nail olmaq mümkün deyil. İranın neft mədənlərini atəşə tutan İsraildir. İran da buna qarşılıq olaraq, ətraf ölkələrdəki ABŞ-ın neft hasilat müəssisələrini vurur. Nəticədə də neftin qiyməti qalxır”.

Turab Rzayevin sözlərinə görə, neftin qiymət artımı ABŞ-ın özünə, müttəfiqlərinə və eləcə də dünya iqtisadiyyatına təsir edir. Amerika müharibə ilə bağlı milyonlarla dollar borc alır. Tramp “Venesuela 2” planını faktiki olaraq İranda bacarmadı. Ona görə də ABŞ necəsə bir dəyişiklik etməlidir.

“ABŞ ətraf ölkələri müharibəyə yönəltməyə çalışır. Tramp kürdləri və bəlucları savaşa sövq etmək istədi. Lakin o, buna nail ola bilmədi. Daha sonra Azərbaycan Türkiyə və Pakistanı savaşa qatmağı arzuladı. Bu dəfə də alınmadı. Tramp indi məcbur şəkildə fəaliyyət göstərir. Avropa ölkələrinə də nefti daha çox aldıqlarına görə təzyiq etdi. Faktiki olaraq ortada real şəkildə müharibəyə qatılmaq istəyən tərəf olmadı. Ola bilsin ki, ABŞ məhdud əməliyyatla İrandakı nüvə mərkəzlərini ələ keçirmək istəyir. Xarq adası da burada mühüm rol oynayır. İstənilən halda, görünən odur ki, ABŞ-ın qlobal imici yerlə-yeksan olur”, — deyə siyasətçi sonda vurğulayıb.

Dəniz Pənahova

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
konkret.az

2Mənbələr