AZ

Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var

Abşeronda motosikletin yük avtomobilinə çırpılmasında nəticəsində bir nəfər ölüb.

News365.az xəbər verir ki, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.

Motosiklet idarə edən 1994-cü il təvəllüdlü Hüseynov Ramin Nurəddin oğlu hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Seçilən
102
3
news365.az

4Mənbələr