AZ

AQTİ-nin mütəxəssisləri Rusiyanın Tver sınaq laboratoriyası ilə tanış olublar

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının mütəxəssislərdən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Россельхознадзор”) tabeliyində olan Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ «ВНИИЗЖ») Tver sınaq laboratoriyasında olublar.  

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Səfərin məqsədi nəzarət olunan məhsulların tədqiqat metodlarının harmonizasiyası, təcrübə mübadiləsi və iki ölkənin laboratoriya xidmətləri arasında peşəkar əlaqələrin gücləndirilməsi olub. 

AQTİ nümayəndələri laboratoriyanın aparıcı şöbələrinin fəaliyyəti ilə, həmçinin tədqiqatlar zamanı istifadə olunan müasir analitik avadanlıqlar və tətbiq edilən metodlarla tanış olublar.  

Görüş zamanı Rusiyada ət və ət məhsullarının tədqiqində istifadə olunan parazitoloji metodların müzakirəsi olub. AQTİ nümayəndələrinə bu tədqiqatların aparılması zamanı işin təşkili göstərilib, o cümlədən bu sahədə tətbiq edilən avadanlıq və üsullar, eləcə də PZR metodu təqdim edilib. 

AQTİ nümayəndələri “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirərək, ət məhsullarının parazitoloji nəzarəti sahəsində birgə tədqiqatların aparılması da daxil olmaqla, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

“Cebheinfo.az”

Seçilən
41
2
cebheinfo.az

3Mənbələr