AZ

Türkiyəli nazir illər əvvəl reytinqli serialda çəkilib

Türkiyənin ədliyyə naziri Akın Gürlekin illər əvvəl serialda çəkildiyi ortaya çıxıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o "Ekmek teknesi" adlı ekran işində rol alıb.

Bu barədə nazirin özü açıqlaması zamanı bildirib.

Adem Metannın yutub layihəsinə qonaq olan Akın Gürlek, özü ilə bağlı indiyədək məlum olmayan bu məlumatı ilk dəfə ictimaiyyətlə bölüşüb.

O bildirib ki, 2002-ci ildə "ATV" kanalında yayımlanmağa başlayan və reytinqləri alt-üst edən "Ekmek teknesi" adlı serialda çəkilib.

Onun bu sözləri sosial mediada böyük təəccüb doğurub.

Seçilən
16
1
far.az

2Mənbələr