AZ

Arvadı evdən qaçdı, bacanağını bıçaqladı TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Füzuli rayonunda bacanaqlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Tahirin arvadı Sevda ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə səbəbindən qadın küsərək bacısının həyat yoldaşı Şəmsəddinin (adlar şərtidir – red.) yaşadığı evə gedib.Tahir arvadının bacanağının evində qaldığına görə 2025-ci ilin iyunun 26-da, saat 21 radələrində onun Füzuli rayonunun qəsəbəsində yerləşən marketin qarşısında olduğunu öyrənib. O, idarə etdiyi “Ford Transit” markalı avtomobillə oraya gedib və Şəmsəddinlə görüşüb.Həmin vaxt Tahir avtomobildən düşmədən bacanağı ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqla Şəmisəddinin qulaq nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Tahir ifadəsində göstərib ki, ailə üzləri ilə birlikdə yaşayır:“2025-ci ilin iyun ayının əvvəlləri həyat yoldaşım Sevda ilə aramızda şəxsi münasibətlər zəminində yaşadığımız evdə sözlə mübahisə yarandı. Yoldaşım bacısı, həmçinin zərərçəkmiş Şəmsəddinin həyat yoldaşı Gülnargilin yaşadığı evə gedərək onlarla yaşamağa başladı. Şəmsəddinin mənim bacanağımdır, onunla aramızda hər hansı düşmənçilik və ya ədavəti olmayıb. Mən azyaşlı övladımı görmək üçün Şəmsəddinin yaşadığı evin çöl hissəsinə getdim. Baldızıma və bacanağıma həyat yoldaşım ilə aramızda olan söhbətlərə müdaxilə etməmələrini bildirdim”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra həyat yoldaşı hələ də bacanağı Şəmsəddinin evində qaldığı üçün onunla görüşüb və söhbət etmək üçün iyunun 26-da, saat 19 radələrində onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib, görüşmək istədiyini deyib:“Şəmsəddin qəsəbəsi ərazisində yerləşən marketin qarşısında olduğunu bildirdi. Mən də bundan sonra idarə etdiyim avtomobillə ora getdim. Avtomobildən düşmədən Şəmsəddinə avtomobilə əyləşməsini, avtomobildə söhbət edəcəyimi dedim. O, isə avtomobilə əyləşmədi və mənim əyləşdiyim hissədən avtomobilə yaxınlaşdı. Şəmsəddinə həyat yoldaşım ilə aramızda olan mübahisələrə müdaxilə etməməsini bildirdim. Danışıqlar zamanı Şəmsəddinlə aramızda mübahisə yarandı. Həmin vaxt o, mənim ünvanıma nalayiq ifadələr işlətdi. Bu zaman mən də onun ünvanına nalayiq ifadələr söylədim. Bu vaxt Şəmisəddin avtomobilin yan pəncərəsindən məni vurmaq istədim. Mən isə əlim ilə Şəmsəddinin sinəsindən tutaraq kənarlaşdırmaq məqsədi ilə itələdim. O, tez qardaşı Mahirə məxsus avtomobil istiqamətində getdi və avtomobildən yaba götürdü. Mən də mübahisəmiz davam etməməsi üçün avtomobili işə salaraq oradan uzaqlaşdım”. Təqsirləndirilən şəəxs əlavə olaraq bildirib ki, o zərərçəkmiş şəxsə qarşı bıçaqdan istifadə etməyib: “Ola bilər ki, Şəmsəddini itələyərkən başı maşının şüşəsinə dəyərək xəsarət alıb. Ona xəsarət yetirdiyimə görə əməlimdən peşmanam”.Zərərçəkmiş Şəmsəddin ifadəsində göstərib ki, iyunun 6-da baldızı Sevda həyat yoldaşı Tahirlə aralarında mübahisə olduğuna görə azyaşlı övladı, həyat yoldaşı və bacısı ilə birgə yaşadığı evə gəlib, müvəqqəti olaraq onlarla yaşamağa başlayıb: “Mən də həyat yoldaşımın bacısı olduğu üçün onun evimdə qalmamasını demədim. Məlum hadisə günü Tahirə zəng edərək harada olduğumu soruşdu. Mən də qəsəbəsi ərazisində yerləşən marketin qarşısında olduğumu dedim. Tahir də onu gözləməyimi, yanıma gəldiyini bildirdi. Bir neçə dəqiqə sonra Tahir idarə etdiyi avtomobillə həmin yerə gəldi. O, avtomobildən düşmədən mənimlə söhbət etməyə başladı. Tahir həyat yoldaşının biz də qalmasını istəmədiyini dedi. Mən Tahirin spirtli içki içdiyini hiss etdim. Bu səbəbdən növbəti gün danışmağı söylədim”. Zərərçəkmişin sözlərinə görə, Tahir həmin vaxt avtomobilin qapısı örtülü vəziyyətdə içərisində olub: “Mən isə avtomobil yanında pəncərədən onunla söhbət edirdim. Bu vaxt Tahir barəmdə nalayiq ifadə işlətdi və mən də onun barəsində işlətdiyim nalayiq ifadəni onun özünə dedim. Tahir avtomobilin içindən yaxamdan tutaraq özünə çəkdi, bıçaqla sifət nahiyəmə zərbə endirdi. Bıçaq sol qulaq nahiyəmə dəyərək qulağıma xəsarət yetirdi. Bundan sonra Tahirin əlindən çıxan zaman yerə yıxıldım. Tahirin avtomobildən düşərək bıçaqla üzərimə hücum edəcəyini zənn etdiyim üçün tez qardaşıma məxsus, həmin yerə gəldiyi avtomobilə qaçdım, avtomobildə olan təsərrüfatda istifadə etdiyi yabanı götürdüm. Həmin vaxt Tahirin öz avtomobili ilə oradan uzaqlaşdığını gördüm. Mən də yabanı avtomobilə qoydum. Bundan sonra yaşadığım evə geri qayıtdım. Qulaq nahiyəmdən qan gəldiyi üçün həyat yoldaşım nə olduğunu soruşdu. Tahirin məni bıçaqla xəsarət yetirdiyini dedikdən sonra həyat yoldaşım Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək bu barədə məlumat verdi. Həmçinin özüm Füzuli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.Füzuli Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
126
demokrat.az

1Mənbələr