AZ

İngiltərədə darmadağın olan Qalatasaray iki futbolçusunu itirdi

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyununda "Liverpul"a 0:4 hesabı ilə uduzan "Qalatasaray" ciddi itkilərlə üzləşib. Sport24.az xəbər verir ki, İngiltərədəki görüşdə İstanbul nəhənginin iki aparıcı oyunçusu sıradan çıxıb.

Birinci hissədə hücumçu Viktor Osimhenin qolu sınıb. Nigeriyalı forvard fasilədə əvəzlənib. 27 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunub.

Niderlandlı vinger Noa Lanq da zədələnib. 26 yaşlı vingerin barmağı reklam lövhəsinin arasında qalıb. Ağır xəsarət alan futbolçu xəstəxanaya aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
sport24.az

2Mənbələr