AZ

Gəncədə 34 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində olub.

Belə ki, kəsici alətdən xəsarət alan Daşkəsən rayon sakini 1992-ci il təvəllüdlü Ramil Hüseynov şəhərin tibb müəssisələrindən birinə yerləşdirilib.

Onun kimin tərəfindən və ya hansı şəraitdə bıçaqlanması hələ ki, məlum deyil.

Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Seçilən
105
2
missiya.az

3Mənbələr