AZ

Yapon dilini öyrənməyə söz verdi

ABŞ prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaitinin Ağ Evdə qəbul edib.

"Unikal" xəbər verir ki, Tramp Takaitiyə növbəti səfərindən əvvəl yapon dilini öyrənəcəyinə söz verib.

"Mən hələ sizin dilinizi mənimsəməmişəm. Növbəti dəfə gələndə səlis danışacam", - deyə amerikalı lider zarafat edib.

Ağ Ev rəhbəri, həmçinin, Takaitini ingilis dilində səlis danışdığına görə tərifləyib.

Yaponiyanın Baş naziri bu vəzifədə ilk səfərində ABŞ-yə gəlib. Əvvəllər Takaitinin Trampla iş naharının ləğv edildiyi bildirilirdi. O cümlədən, ikitərəfli görüşlərinin vaxtı da uzadılıb.

Seçilən
98
1
unikal.az

2Mənbələr